Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Psixoloq Fəridə Musəvi: İnsanın bütün qorxularının kökündə ölüm qorxusu dayanır

114 Baxış

Qorxu hər insanda vahimə yaradan hissdir. Bu hissi çox vaxt özümüz zehnimizdə meydana gətiririk. Demək olar ki, qorxusuz həyat mümkün deyil.

Bəzən isə qorxu həyatımıza xoşagəlməz təsirlər göstərir.

Bəs qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?

Turanmedia.az-a açıqlama verən psixoloq Fəridə Musəvi bildirib ki, hələ insan ana bətnində olarkən belə ana uşağını itirməkdən qorxur. Uşaq dünyaya gəlib böyüdükcə insanın ölümdən qorxma instinkti formalaşır.

Unutmayaq ki, bütün qorxuların kökündə ölüm qorxusu dayanır, çünki heç bir insan ölmək istəmir. Həmçinin bir çox psixoloji problemlər də məhz bu qorxuların fonunda yaranır. Yəni bu gün təşviş, həyacan pozuntusu, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır.

Məsələn, müəyyən dar, qapalı yerlərdə insan o məkanı qəbir evinə oxşadır və o an sanki ölüm ilə üz-üzə dayanır.

Qeyd etməliyəm ki,bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür. Hər bir insan öz düşüncəsinə, dünyagörüşünə uyğun olaraq qorxularla savaşır. Bu da instinktiv olaraq baş verir.

Heç qorxu hissi olmayan insan yoxdur. Əgər varsa, onun psixiatrik problemləri var. Çünki hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hisslərin heç biri olmayan insan təhlükəlidir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678