Bayramov dağıntılar olan ərazilərə baş çəkdi
89 Baxış
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Qəhrəmanmaraş şəhərinə səfərə yola düşüb.
Turanmedia.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.