Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı tələbələrlə bağlı son dəqiqə açıqlaması

60 Baxış

Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrdən xəbər almaq mümkün deyil.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.

O qeyd edib ki, tələbələrin yaşadıqları binadan bir neçə cəsəd çıxarılıb, onlardan isə hələ ki, heç bir iz yoxdur: “Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir. Tələbələri tapa bilmirlər. Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678