Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səyyar görüşdə millət vəkili də iştirak edib

128 Baxış

Səyyar görüşdə millət vəkili də iştirak edib.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti sakinlərlə səyyar görüşü Uşaq-Gənclər İnkişaf mərkəzinin akt zalında keçirildi. Görüşdə bu dəfə Millət vəkili Aydın Mirzəzadə də iştirak edib. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında qısa məlumat verdi.Bildirdi ki,bu görüşlər bir başa ölkə başçısının tapşırığı əsasında keçirilir və onun nəzarəti altındadır. Məqsəd insanlara təmasda olmaq onları narahat edən problemləri öyrənməkdir.Sərbəst mikrafon qarşısına çıxan şəhər sakini ,şəhid atası Fərman Nəsirov Mingəçevirdə aparılan quruculuq-abadlıq işlərinə görə minnətdarlıq bildirib. Eyni zamanda onları narahat edən əsas problem zirzəmilərdəki kommunikasiya xəttlərinin nasaz olmasnı deyib. Bundan başqa çıxış edən şəhər sakinləri də adı çəkilən problemlə bağlı narahat olduqlarını bildiriblər. Uşaq –Gənclər İnkişaf mərkəzinin direktoru Ədalət Quliyeva isə yerləşdikləri mərkəzin bərbad vəziyyətdə olduğunu dilə gətirib həm deputatdan,həm də icra başçısından bu problemlə bağlı onlara kömək etməklərini istəyib.

Butün problemləri dinləyən icra başçısı bildirib ki,şəhərdə kanalizasiya xətlərinin yenilənməsi istiqamətində görülən işlərin 70% həyata keçirilib. İcra başçısı həmçinin Mingəçevir şəhərində inşa olunacaq 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Prezident İlham Əliyevin ölkəmizin enerji potensialının gücləndirilməsinə və milli energetikamızın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan da söz açıb.Bildirib ki,bu da yeni iş yerlərinin açılmasına təkan verəcək. Səyyar görüşdə iştirak edən deputat Aydın Mirzəzadə öz çıxışında sakinlərə bildirib ki,vaxtaşırı icra başçısı ilə telefon söhbətlərimiz olur və şəhərin problemlərinin həlli yollarını müzakirə edirik:”Mən ayda bir dəfə Mingəçevirdə seçicilərin qəbulunu keçirirəm,şəhərdə şəhid ailələri ilə görüşürük.Artıq 54 şəhidin ailəsində olmuşuq.İndi isə yeni bir qayda ilə işləməyə başlamışıq qəbuldan başqa ayda bir dəfə sadə zəhmət adamlarının ailəsində olacayıq,onların problemləri ilə maraqlanacağıq. Artıq bu gün bir ailənin evində də olduq”.

Millət vəkili Mingəçevirdə mövcud olan problemlərin həllinə də toxunub. Bildirib ki, yeni iş yerlərinin yaradılması,sosial evlərin tikilməsi problemləri var və bu barədə söhbətlər aparılır. Aydın Mirzəzadə onu da vurğulayıb ki,Mingəçevir vaxtı ilə sənaye şəhəri olub və burada 40-a qədər zavod,fabrik,tikinti idarəsi,xidmətlər və digər idarələr olubdur.Mingəçevirə son vaxtlar maraqlar artmaqdadır. Keçmiş toxuculuq kombinatının yerində artıq iki fabrik fəaliyyət göstərir və yenilərinin tikilməsi gözlənilir. Yeni universitet şəhərciyi salınacaq.Eyni zamanda Mingəçevir turizm şəhəri kimi fəaliyyət göstərir və bunun da böyüməsi istiqamətində işlər aparılır.Elektirik stansiyanın da tikintisi 100-lərlə iş yerlərinin deməsidir. Ümumiyyətlə,Mingəçevirdə işsizlik problemi məsələsi ölkə rəhbərliyinin diqqətindədir.

 

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678