Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan Prezidenti: “Vəzifəmdən getməyəcəm, sonadək mübarizə aparacam”

24 Baxış

Bu gün mənim qəlbim qırıldı, baxmayaraq ki, bu ölkədə artıq heç nə məni təəccübləndirmir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin hakim “Gürcü Arzusu” Partiyasının Prezidentin impiçmenti ilə bağlı təqdimatına müsbət rəy verməsinə münasibət bildirərkən deyib.

Dövlət başçısı ölkə telekanalları ilə yayımlanan bəyanatında məhkəmənin gəldiyi nəticəni imzalayan hakimlərin utanmalı olduqlarını deyib.

“Bu praktiki olaraq bütün müstəqil qurumların artıq təhrif edildiyi və ölkədə biri – Prezident istisna olmaqla müstəqil qurumun saxlanılmadığı indiki vaxtda bu qərar ölkəyə böyük zərərdir… Mən bizim avropalı və demokratik gələcəyimiz naminə heç bir yerə getmirəm, istefa verməyəcəm, olduğum yerdə qalacağam. Bu gün avropalı gələcəyimiz və demokratiya eyni daşla vuruldu. Hakimiyyət qolları arasında balans olmayan ölkələr demokratik hesab edilə bilməzlər”, – deyə Prezident bildirib.

Salome Zurabişvili impiçment səsverməsi zamanı parlamentə gedəcəyini qeyd edib.

Müxalifəti iclas zamanı parlamentin müzakirə zalında iştirak etməməyə çağıran Prezident sonadək mübarizə aparacağını vurğulayıb.

Xatırladaq ki, bu gün Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı Prezidentin hökumətdən icazəsiz Avropa ölkələrinə səfərlər edərək konstitusiyanı pozduğu qənaətinə gəlib və “Gürcü Arzusu”nun başlatdığı impiçment proseduruna müsbət rəy verib. Proses bundan sonra Gürcüstan parlamentində davam etdiriləcək vəs səsvermə keçiriləcək. Prezidentin impiçmenti üçün parlamentin 100 deputatının dəstəyinə ehtiyac var, lakin hakim partiya hazırda 84 deputata malikdir. Artıq əsas müxalifət partiyaları Prezidentin impiçmentini dəstəkləməyəcəklərini bəyan ediblər.(APA)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678