Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahbaz Şərif Ərdoğanı səfərə dəvət etdi

100 Baxış

Pakistanın Baş naziri Şahbaz Şəriflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Şərif telefon danışığı zamanı Qurban bayramı münasibətilə Türkiyə Respublikası hökumətinə və xalqına səmimi dualarını ifadə edib.

Ərdoğan da öz növbəsində Şahbaz Şərifin səmimi bayram təbrikinə cavab olaraq Pakistan hökumətinə və xalqına ən xoş arzularını çatdırıb.

Hər iki lider regional və beynəlxalq sülh və təhlükəsizlik məsələləri, o cümlədən qlobal enerji və ərzaq böhranlarının həlli üçün əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Şahbaz Şərif 2022-ci ilin sentyabrında Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında Ərdoğanı səbirsizliklə gözlədiyini bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678