Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənc müəllimə dünyası: düşündükləri və arzuları

263 Baxış

Turanmedia.az Şəki şəhəri 11 saylı tam orta məktəbin Coğrafiya müəlliməsi İradə Məmmədovanın Gənc müəllimə dünyası: düşündükləri və arzuları adlı yazısını təqdim edir:

İnsanın adı sanki onun xarakterini formalaşdırır deyə düşünürəm.

Əslində mənim heç vaxt müəllim olmaq fikrim olmayıb. Uşaqlıqdan jurnalist olmaq istəmişəm, bəlkə də hələ tanınmış şairə olmaq istəmişəm (bu arada şeiri sevirəm, həmçinin cızma-qaralarım da var özümə məxsus).

Ailəm isə həmişə məni həkim görmək istəyib. Həyat məni tamamilə başqa ixtisasa yiyələnməyə sövq etmiş oldu. Onu da deyim ki, ömrümün 20 ilini məhz müəllim olaraq yaşadığım üçün Allaha daha çox şükür etmişəm.

Əlbəttə şagirdlərlə işləmək hər sinifdəki şagirdin sayı qədər həyatla, ömürlə tanış olmaq deməkdir sanki…

Daha yaxşı oxuyan və ən dəcəl olan, ancaq mənə görə oxuması ilə yanaşı qəlbində və əməlində mərhəmət, qayğı hissi daha çox olan şagird ömürlük yaddaşımda qalmış olur.

Hər dərs hazırlıqlı gələn şagirddə özümü görürəm.

Fəaliyyət dövrümdə çox olub unudulmaz günlər, ən əsası isə İnepo yarışması və ilin müəllimi layihəsində iştirak etməyim, xüsusilə qazandığım nəaliyyətlər.

Səyahət etməyə həvəsində olmamışam heç vaxt,(ən çox da bu yaşıma kimi təcrübə etdiyim turistlərin əksəriyyətinin başına gələn bir çox xoşa gəlməz olaylar, yəni ən çox təbii fəlakətlər məni qorxudub). Görsəl olaraq gəzintilərdən təşkil olunmuş video bilgiləri izləməyi daha çox sevirəm. Amma sırf xəritə üzrə səyahət etmək istəsən əlbətdə doğma vətənimiz Azərbaycandan başlayıb, Ərəbistan yarmadası, Afrika, Avstraliya, Amerikanı gəzib və sonda yenədə Azərbaycanda dayanardım. ( Necə ki, deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı).

Texnikaya, telefona bu qədər çox bağlı müasir fikirli şagirdləri, internet resurslarından daha səmərəli istifadə etməsini diləyərdim.

Təşəkkür edirəm.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678