Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir məktəblərində şagirdlərlə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlər davam edir

181 Baxış

Mingəçevir şəhər polis şöbəsinin təşkilatçılığı və təşəbbüsü ilə şəhərin 16 saylı tam orta məktəbində muəllim-şagird kollektivinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə” ,“ağ ölümün” törətdiyi fəsadlar, “narkotik vasitələrə aludəçiliyin acı nəticələri” və digər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Turanmedia.az xəbər verir ki, tədbirdə polis orqanlarının əməkdaşları,Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova iştirak edib.
Əvvəlcə Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların ruhu bir dəqiqləlik sükutla yad olunub.Xəsarət alanlara şəfalar arzulayıblar.
Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək bildirib ki, narkomaniya bəlasının ictimai təhlukəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir. Polis polkovniki diqqətə çatdırıb ki, narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır. Eyni zamanda o da vurğulanıb ki,yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyuk əhəmiyyəti var.

Təhsil sektorunun müdiri Sevinc Həsənova ölkəmizdə huquq-muhafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mubarizənin əhəmiyyətindən danışıb.

Maarifləndirici tədbirdə polis əməkdaşları “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularında çıxış ediblər.

Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər. Şagirdlərə Polis Akademiyası haqqında ətraflı məlumat verilib, akademiyaya qəbul qaydaları izah edilib, akademiyanın 100 illiyinə həsr edilən sənədli film göstərilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678