Dünyanın ən yaxşı dizayn edilmiş şəhərləri- Onların həm də mükəmməl şəhər planlaması var
Dünyanın bir çox şəhərləri hesablamalar aparılaraq, əhalinin sayı nəzərə alınmaqla planlı şəkildə tikilib. Nəqliyyat, təbii fəlakətlər, binaların davamlılığı və rifah səviyyəsi kimi meyarlar nəzərə alınaraq qurulan şəhər planları sistemli və uğurlu olduğu üçün ən çox seçilən yaşayış yerlərinə çevriliblər.
Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bütün dünyanın diqqəti əhali sıxlığının çox olduğu böyük şəhərlərin planlanması və tikinti dayanıqlığına yönəlib. Sadə vətəndaşlardan tutmuş mütəxəssislərə qədər hər kəs təhlükəsiz şəhərlər və tikililərlə bağlı araşdırmalar aparır.
Həqiqətən də dünyada bir çox ölkələrə nümunə olan, şəhər planlaması ilə seçilən məşhur şəhərlər var.
Turanmedia.az Tns.az-a istinadən dünyanın ən yaxşı şəhərsalma ənənəsi olan ölkələri sizə təqdim edir.
Danimarka
Danimarka şəhərsalma üzrə aparıcı ölkələr sırasındadır. Danimarka şəhərləri velosiped, gəzinti yolları və açıq hava məkanları ilə məşhurdur. Bu yanaşma cəmiyyətdə aktiv həyat tərzinin yayılmasını təmin edir.
Yaponiya
Zəlzələ ölkələrindən biri olan Yaponiya, sıx məskunlaşan ölkə olmasına baxmayaraq, şəhərlərdə yaşamaq çətinliyini həll etmək üçün şəhər dizaynında kreativ və qeyri-adi üsullar hazırlamışdır. Yaponiya nəqliyyat və binalar kimi şəhər infrastruktur sistemlərini modernləşdirilməsində digər ölkələrə liderlik etməyə qadirdir.
Almaniya
Almaniya uzun bir şəhərsalma tarixinə malikdir və şəhər dizaynında dünya liderlərindən biridir. Almaniya şəhər ərazilərini sosial, iqtisadi və ekoloji davamlılığı təmin etmək üçün planlaşdırır və zəlzələ qaydalarına uyğun olaraq strukturlarına ciddi nəzarət edən ölkələr sırasındadır.
Kanada
Kanada şəhərsalma üzrə dünya miqyasında nüfuza malikdir. Kanadalı şəhər dizaynerləri sosial və ekoloji davamlılığı nəzərə alır və insanların həyatını asanlaşdırmaq və şəhərlərdə həyat keyfiyyətini yaxşılaşdırmaq üçün işləyirlər.
Sinqapur
Sinqapur müasir və davamlı şəhərsalma baxımından birinci yerdədir. Şəhərsalma davamlı enerji mənbələrinə əsaslanır və şəhərdə yaşıllıq sahələri və parklar təbii həyatı qorumaq üçün nəzərdə tutulub. Bütün tikililər zəlzələ qaydalarına uyğun tikilib.
Amsterdam
Kanalları ilə məşhur olan Amsterdamın quruluşu da bu su kanallarına uyğun tikilib. 1600-cü illərdə tikilmiş kanallar bu günə qədər öz funksiyasını itirməyib və şəhər planlaşdırılmasına töhfə vermək üçün yaradılıb. Bina infrastrukturlarını buna uyğun təşkil edən Amsterdam dünyanın ən mütəşəkkil şəhərlərindən biridir.
İspaniya
İspaniyanın Barselona şəhəri hətta memarlıq planı ilə belə epidemiyaların yayılmasının qarşısını alıb.