Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda vəzifəli şəxsin maşınının nömrəsi oğurlanıb – Oğrular avtomobilin üzərinə əlaqə nömrəsi də yazıb – VİDEO

82 Baxış

Bakının mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.

Turanmedia.az xəbər verir ki, bu barədə Xəzər TV-də süjet yayımlanıb.

Məlumata görə, nömrənin qaytarılması üçün maşının sahibindən külli miqdarda pul tələb ediblər.

Hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.

Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.

Nömrəni oğurlayan şəxs və ya şəxslərlər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.

Şahin Rəhimov həmin nömrə ilə vatsap üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.

Bu barədə polisə məlumat verən Ş.Rəhimov xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.

Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.

Daha ətraflı videomaterialda:


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678