Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mustafa Şəntop: “Vətən müharibəsində Ermənistan bu kimi təxribatların cəzasını aldı” – VİDEO

105 Baxış

Azərbaycanın torpaqları işğal altında olmasına rəğmən müharibəni onlar başlatmadı. Ermənistanın təxribatlarına cavab olaraq 44 günlük vətən müharibəsi başladı. Lakin bu gün də Ermənistan təxribatçı mövqeyindən çəkinmir.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın bu addımlara getməsi artıq təəccüb doğurmur:

“Nəticə etibarı ilə düşünürəm ki, Ermənistan xalqının da müharibənin istədiyini düşünmürəm. Amma şübhəsiz ki, bəzi qrupların bu cür təxribatlara dəstək verdiyini düşünürəm. Lakin Ermənistan bu cür təxribatlara yol verdiyi müddətcə bölgədə sülh bərqərar ola bilməz. Biz buradan onları qonşuluq hüquqlarına riayət etməyə çağırırıq. Ermənistanın Beynəlxalq hüququnun normalarına riayət etməsinin vaxtıdır. Vətən müharibəsində bu kimi təxribatların cəzasını aldı. Yenidən bu addımlara getsə, daha da zərərli çıxa bilər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678