Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan qapalı iclas keçirəcək: “Onlar məhv etmək üçün…”

41 Baxış

Günün ikinci yarısında Ermənistan parlamentinin iclası qapalı formada davam etdiriləcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bağlı qapılar arxasında keçiriləcək iclasın gündəliyində müdafiə və milli təhlükəsizlik sektorlarının fəaliyyəti, o cümlədən son dövrlərdə Ermənistan ətrafında yaranmış durum müzakirə olunacaq.

Ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, regionda hərbi-siyasi vəziyyət kifayət qədər gərgin olaraq qalır.

“Bu, təkcə bizim mürəkkəb münasibətlərimizlə deyil, həm də qlobal proseslərlə, Rusiya ilə Ukrayna münasibətlərində gedən proseslərlə bağlıdır. Ermənistan sülh gündəmi və sülh strategiyası qəbul edib və onlar bu gündəmi məhv etmək üçün əllərindən gələni edirlər”, – Paşinyan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678