Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qan içində motosikletə minib özünü xəstəxanaya çatdırmağa çalışdı – ANBAAN VİDEO

295 Baxış

İstanbulun Kağıthane məhəlləsində iki kişi arasında baş verən dava bir nəfərin faciəvi ölümü ilə nəticələnib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Bir neçə bıçaq xəsarəti alan davanın iştirakçısı motosikletə minərək özünü xəstəxanaya çatdırmağa çalışıb.

Onun hərəkət marşrutu təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Yaralı halda motosikleti idarə edən şəxs bir müddət sonra nəqliyyat vasitəsini sürməyə çətinlik çəkir və oradan enərək ətrafdakılardan yardım istəyir.

Yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hüquq mühafizə orqanları qısa müddət sonra cinayəti törətmiş şəxsi saxlayıb.

Qanlı hadisənin təfərrüatları araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678