Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tanınmış bankın adına oxşar səhifələr açıb pulları mənimsədi

54 Baxış

Sosial şəbəkələrdə “Unibank”ın adına oxşar səhifələr yaradaraq insanlara qarşı dələduzluq edən Vidadi Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1997-ci il təvəllüdlü V.Məmmədova 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Məlum olub ki, 26 yaşlı Vidadi instaqramda “unibank_official”, “leobank_az”, “albali_az” və “unibankofficial” adlı səhifələr yaradıb. O, bu səhifələrin adlarına aldanaraq kredit üçün müraciət edən şəxslərin kart hesablarında olan məbləğləri mənimsəyib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, o, həmin səhifələri 2022-ci ilin fevralında yaradıb. Vidadi səhifələrin inandırıcı olması üçün “Unibank”a məxsus reklamları da paylaşıb.

Bundan sonra müxtəlif şəxslər kredit almaq üçün həmin səhifəyə mesajlar yazıb. O da kredit verilməsi üçün müraciət edən şəxsin kartında müəyyən pul vəsaitinin olmalı olduğunu bildirib. Vətəndaşların kart məlumatlarını əldə etdikdən sonra isə həmin məbləğləri mənimsəyib. Onun 4 vətəndaşa vurduğu ümumi ziyan 6935 manat olub.(Qafqazinfo)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678