“Aeroflot” Gəncəyə uçuşlara başlayır

9 Baxış

Martın 5-dən “Aeroflot” aviaşirkəti Şeremetyevo hava limanından Gəncəyə uçuşlara başlayacaq.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu barədə Şeremetyevo hava limanının rəsmi “Telegram” kanalı məlumat yayıb.

Moskvadan Gəncəyə uçuşlar həftədə bir dəfə, bazar günləri həyata keçiriləcək.