Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya şəraitində sanitariya-gigiyena qaydalarına necə əməl edilir? – VİDEO

623 Baxış

İTV-də yayımlanan “Vəkil əhvalatı”nda koronovirus müddətindəki cərimələrə və istisnalara aydınlıq gətirilib.

Rubrikada Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 211-ci maddəsinin II bəndindən danışılıb.

Qonaq olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev pandemiya şəraitindəki qaydaların istisnalarından söz açıb.

E.Hacıyev pandemiya şəraitində tibbi maskadan istifadə, qida qəbulu və tütün məhsullarından istifadə qaydalarından danışıb.

“Qidanın qəbul edilməsi müvafiq yerlərdə – restoran, kafe və digər bu tip ictimai iaşə obyektlərində nəzərdə tutulub. Tütün məmulatları zibil qablarının yaxınlığında istifadə edilə bilər”. 

Sonda E.Hacıyev avtomobildə maskadan hansı halda istifadə edilməyə bilər sualına da aydınlıq gətirib: “Sürücü avtomobildə təkdirsə, tibbi maskadan istifadə etməyə bilər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678