Prezident: Azərbaycan Aİ üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir
5 Baxış

Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu bu gün Latviya Respublikasının Prezidenti Egils Levitslə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
“Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”, – deyə dövlət başçısı qeyd edib.