Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev və Azərbaycan gənclərinin xaricdə təhsili”mövzusunda elmi-nəzəri konfrans

142 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər R.Mirabov adına 7№li tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Nigar Əhmədovanın təşkilatçılığı ilə 09 mart 2023-cü il tarixdə məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Azərbaycan dövlətinin qurucusu,görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan gənclərinin xaricdə təhsili”mövzusunda elmi-nəzəri konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Anar İsmayılov Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən,siyasi irsindən söz açaraq Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumatlar verdi.Həmçinin gənclərə göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün ölkədə bilikli,bacarıqlı,geniş dünyagörüşlü,vətənpərvər, xalqına,dövlətinə bağlı gənclər ordusu yetişib.Məhz həmin gənclər 44 günlük Vətən müharibəsində Böyük zəfər qazanaraq,torpaqlarımızı düşmən işğalından azad etdilər.
Daha sonra məktəbin Ana dili ədəbiyyat müəllimi Arzu Süleymanova “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı”
Tarix müəllimi Elnur Şəfiyev “Təhsil millətin gələcəyidir”
Tarix müəllimi Zülfiyyə Hüseynova “Heydər Əliyev və mənim doğma şəhərim”
İngilis dili müəllimi Xəyalə Quliyeva “Gənclər bizim sabahımızdır” mövzularında çıxışlar etdilər.
Tədbirin sonunda məkətbin şagirdlərinin ifasında şeirlər,mahnılar səsləndirildi.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678