Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda su üstündə dava: Ata ilə oğlunu döydülər

46 Baxış

Biləsuvarda su üstündə dava düşüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.

Biləsuvar rayonunun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Ölkə.Az”a bildirilib ki, Biləsuvar rayonu Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z. Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678