Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ordumuzun son əməliyyatı: “Ermənilər yalvarıb Azərbaycanın ayaqlarına düşəcəklər”

51 Baxış

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, sülhü pozmaq istiqamətində təxribatçı fəaliyyəti ilə məşğul olacaqsa, bundan əziyyət çəkən ancaq və ancaq ermənilər olacaq. Çünki vaxt uzadıb sülh sazişinin imzalamaqdan boyun qaçırmaq Ermənistan üçün vaxt itkisidir və bu həm erməni dövlətçiliyinin, həm də erməni xalqının milli maraqlarına ziyan vurur. Hər zaman olduğu kimi itirən onlar olacaq, Azərbaycan yox. Cənab Prezident bununla bağlı mövqeyini dəfələrlə bəyan edib ki, əgər Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Amma zaman yetişəcək ermənilər özləri sülh üçün yalvaracaq”.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli Azərbaycan ordusunun Laçındakı son əməliyyatlarını şərh edərkən deyib

Onun sözlərinə görə, ermənilərin Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalamaqdan başqa variantı yoxdur: “Azərbaycan həm qalib ölkədir, həm də mövqeyində israrlıdır. Əgər ermənilər havadarlarına arxalanıb, sülhü uzatmağa və bölgədə gərginliyin davam etməsinə çalışırsa, bunun sonu yoxdur. Son ermənilər üçün ağır olar”.

Deputat əlavə edib ki, cənab Prezident də dəfələrlə Azərbaycanın sülhlə bağlı şərtlərini açıqlayıb: “Top ermənilərin meydanındadır, seçim onlarındır. Azərbaycan onsuz da məqsədlərinə doğru addım-addım irəliləyir. Azərbaycan ordusu Ermənistanı Azərbaycanın şərtləri daxilində sülhəməcburetmə addımlarını atmaqdadır. Bu baxımdan Azərbaycan ordusu üzərinə düşən vəzifəni peşəkarcasına yerinə yetirməkdədir. Artıq Xankəndidəki separatçı və terrorçulara göndərilən qanunsuz silah-sursatın, digər məhsulların qarşısının alınması istiqamətində uğurlu taktiki əməliyyatlar həyata keçirməkdədir. Azərbaycan ordusu ən sonuncu Laçın rayonunun Cağazur və Zabux kəndləri ərazisində yerləşən bir neçə hakim yüksəklikləri əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş bir ərazini peşəkar taktiki əməliyyatla nəzarətə götürüb. Yüksək peşəkarlıqla və uğurla həyata keçirilən bu əməliyyat nəticəsində ordumuz təkcə Azərbaycanın Ermənistanla sərhədində mövqeyini möhkəmləndirməyib, eyni zamanda strateji yüksəkliklərdə mövqe tutmaqla düşmən ölkənin daxilində baş verən proseslərə, o cümlədən Xankəndi-Gorus yoluna nəzarət imkanı yaradıb. Hətta erməni mediası belə həyta keçirlən əməliyyatın Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla reallaşdırıldığını etiraf edir. Bu artıq o deməkdir ki, əməliyyatdan sonra Xankəndi-Laçın yolu boyunca bütün ərazilər artıq Azərbaycan ordusunun qəti nəzarəti altındadır. Bu həm də Xankəndidəki separatçı və terrorçuların sonunun gəlməsi deməkdir. Belə ki, Azərbaycan torpaqlarına gizli silah daşınması və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq. Bu isə sülhü yaxınlaşdıran və sülhəməcburetmə taktikasıdır. Ermənilər vaxt uzatdıqca, Azərbaycan sülhəməcbretmə yolu ilə bu prosesi yaxınlaşdıracaq və onları daha əlverişsiz, çıxılmaz duruma salacaq. O zaman ermənilər özləri Bakının şərtləri daxilində sülh sazişi imzalamaq üçün yalvara-yalvara Azərbaycanın ayaqlarına düşəcəklər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Laçına səfəri zamanı, eləcə də bugünlərdə Laçın üzrə xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər reallaşması deməkdir. Dövlət başçısı bəyan etdi ki, Azərbaycan öz məqsədlərinə çatacaq və bu işdə ona heç kim mane ola bilməz. Bu ordumuzun son əməliyyat da faktiki olaraq Prezidentin fikirləri öz təsdiqini tapmış oldu. Bu prosesə ermənilərin havadarları da mane ola bilməycək. Bu qarşısıalınmaz prosesdir. Dövlət başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan ərazisindəki separatçılardan, terrorçulardan təmizlənəcək. Oradakı sadə ermənilər həmin separatşı və terrorçuların girovluğundan xilas olub, Azərbaycan vətəndaşlığını qəbul etməklə daha yaxşı həyatlarını qurub, yaşamlarını davam etdicəklər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678