Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçmazda evdən külli miqdarda narkotik bitki aşkarlandı

130 Baxış

Xaçmaz sakininin evində 24 ədəd çətənə kolu aşkarlanıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Fuad Məmmədov saxlanılıb. 

Polis əməkdaşları tərəfindən onun yaşadığı binanın qarşısında yerləşən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 24 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. 

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678