Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vasif Talıbovun dövründə yaradılan daha bir “unikal müəssisə” ləğv edildi – Naxçıvanın təhsil naziri məyus olub

61 Baxış

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 31 avqust 2020-ci il tarixli qərarı ilə nazirliyin nəzdində yaradılan “Təhsil kursları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dayandırılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Naxçıvanın “Şərq qapısı” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə bir sıra absurd qərarlar qəbul edilmiş, lazımsız təşkilatlar yaradılmışdı. Belə müəssisələrdən biri də Naxçıvan Muxtar Respublikası Təhsil Naziliyi nəzdində yaradılan “Təhsil kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti idi. Nazirlik təhsil kursu yaratmaqla açıq şəkildə etiraf etmişdi ki, muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin səviyyəsi aşağıdır. Belə deyilsə, o zaman sual yaranır: “Ümumtəhsil məktəblərində şagirdlərə bilik öyrədilməsi üçün cavabdeh olan qurum niyə hazırlıq kursu yaratmışdı?”

Bu kurs Naxçıvanın təhsil naziri üçün gəlir mənbəyi idi. Nazir Rəhman Məmmədov bütün Təhsil şöbələrinin rəhbərlərinə tapşırıq veribmiş ki, hər məktəbədən 20 şagird bu kursa cəlb edilməlidir. Maraqlıdır, bu gəlir mənbəyi kəsilən nazir indi necə “dolanacaq?” Sualı belə də qoya bilərik: “Bu gəlir mənbəyini itirən nazir kuratorlarını, onu müdafiə edən yüksək vəzifəli şəxsləri bundan sonra necə razı salacaq?”

Görünür, muxtar respublikanın yeni rəhbərliyi belə bir absudr qərarın və təşkilatın lazımsız olduğu qənaətinə gəlib və “Təhsil kursları” MMC ləğv edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678