Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda iki qardaş dava edərkən biri mənzili yandırıb

48 Baxış

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Turanmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti 4 ünvanında qeydə alınıb.

Belə ki, mənzil 6 ünvanında yaşayan Əzizov Faiq Tahir oğlu qardaşı Xaliqlə mübahisə edib. Xaliq Əzizov bildirib ki, qardaşı ata mülkünü yandıraraq ərazidən uzaqlaşıb. Mübahisəyə səbəb kimi qardaşının ondan pul istəməsi olub. Hadisə vaxtı isə Xaliq Əzizov anası ilə birgə özünün yaşadığı mənzilində olub.

Yanğına görə əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb. Otaqlardan biri tamamilə yanıb. Digər hissələr isə alovdan mühafizə edilib.

Ərazidə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları işləyir. Hadisənin təffərrüatları araşdırılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678