Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda kişi hamilə arvadına 3 bıçaq zərbəsi vurub

38 Baxış

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.

Turanmedia.az report-a istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, H.Bəkirova 4 aylıq hamilədir.

Hadisənin təfərrüatı araşdırılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678