Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhər sakinləri:”Mingəçevirdə sahibsiz itlərin sayı günbə-gün artır”

137 Baxış

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.

Qəbulda ŞİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak etmişlər. İlham İsmayılov əvvəlcə şəhərdə aparılan işlərlə bağlı məlumat verib. Başçı Mingəçevirdə insanların istirahəti üçün yeni salınan parklardan, su-kanalizasiya xətlərinin nizama salınmasından, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən müvafiq tədbirlərdən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan İES-in ikinci enerji şəbəkələrinin, Mingəçevir Dövlət Universitetinin yeni inzibati binalarının tikintisində işlərin sürətləndirilməsi şəhər əhalisinin arzu və istəyinə uyğun olaraq aparılır. Bü günkü səyyar görüşün keçirilməsində də əsas məqsəd bir daha sizi dinləmək, qaldırılan problem və məsələlərin həlli istiqamətində əməli tədbirlər görməkdir.

Çıxış edən sakinlər görülən işlərlə bağlı ürəkaçan sözlər söylədilər. Onlar görülən işlərlə yanaşı problemlərində mövcud olduğunu bildirdilər. Sahibə Rəsulova şəhərdə sahibsiz itlərin günbə-gün çoxaldığını bildirdi. Digər çıxış edən sakinlər kanalizasiya ilə bağlı, binaların qarşısındakı uçub-dağılmış tikililərin yaratdığı problemlərdən söz açıblar. Sakinlər işsizliyin aradan qaldırlıması barədə də fikirlərini bildirdilər.

Səyyar qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlər aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678