Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevirdə vətəndaşları qəbul edib

124 Baxış

Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevirdə vətəndaşları qəbul edib

Turanmedia.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.

Qəbulda iştirak edən vətəndaşlar əsasən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ailələr boşandıqdan sonra uşaqlarla ünsiyyətin bərpası, alimentin alınması, ünvanlı sosial yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bahar Muradova Mingəçevirə səfəri çərçivəsində rayon Heydər Əliyev Mərkəzində uşaqlar və gənclər üçün yaradılan dərnəkləri ziyarət edib. Dərnəklərə üzv olan uşaq və gənclərlə görüşən sədr onlarla səmimi söhbət edib, fikirlərini dinləyib, əl işləri ilə tanış olub.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678