Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ombudsmanın nümayəndələri erməni diversanta baş çəkiblər

40 Baxış

Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.

Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.

Başçəkmə zamanı bu ilin 16 avqust tarixində terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.

Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678