Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin bu gün Dövlət Xidmətinin rəisi təyin etdiyi Mürsəl İbrahimov kimdir? – DOSYE

38 Baxış

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl Qorxmaz oğlu İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, Mürsəl İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz neft mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin inspektor və baş inspektoru vəzifəsində işləyib.

Mürsəl İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə ğörə” medalı ilə təltif olunub. 2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC-nin Təhlükəsizlik Departamentinin direktoru olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678