Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcra başçısı:”Çalışacağıq ki,sizləri narahat edən problemlər həllini tapsın”

112 Baxış

Turanmedia.az xəbər verir ki, bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin Az.İES qəsəbəsinin sakinləri ilə görüşüb.

Səyyar görüş qəsəbənin Mədəniyyət mərkəzində olub. Səyyar görüşdə ŞPŞ rəisi,polkovnik Ədalət Əliyev, ŞİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə aparılan yeniliklər barədə məlumat verdi. Bildirdi k, Azərbaycan Respublikasının Prezidenrti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində böyük quruculuq işləri həyata keçirilir. Mingəçevirdə də böyük quruculuq işləri yerinə yetirilir:” Bizi əsas narahat edən məsələlərdən biri işsizlik problemidir. Ona görə də şəhərdə işsizliyin aradan qaldırılması məqsədi ilə də tədbirlər görülür. Bu məqsədlə sahibkarların fəaliyyətindən də geniş istifadə olunur. Azərbaycan İES stansiyasında, Mingəçevir Dövlət Universitetinin yeni Kampusunun tikintisində, eləcə də keçmiş Regenerat zavodunun ərazisində yeni iş yerlərinin açılması üçün işlər görülür”.

İcra başçısı tam əminliklə bildirdi, yaxın vaxtlarda bu sahədə yeniliklər özünü göstərəcək.

Sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə başda Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla ŞİH başçısına müraciət ediblər. Sakinlər işsizliyin mövcudluğuna, qəsəbədə yerləşən 21 saylı uşaq bagçasının bərbad vəziyyətdə olmasından, özünəməşğulluq proqramına ehtiyac duyulduğuna, ərazidə kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğuna, binaların və dəhlizlərinin əsaslı təmirinə ehtiyac duyulduğuna və başqa şəxsi məsələlərə yönəltdilər.

İcra başçısı son vaxtlar təhsil müəssisələrindən sakinlər tərəfindən daxil olan şikayətlərin çoxluğuna görə regional idarəyə iradlarını bildirib. Bunun bağlı şəhər təhsil sektoru barədə ciddi ölçü götürülməsini bildirib.

Digər müraciətlər cavablandırılıb və ya araşdırılması üçün nəzarətə götürülüb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678