Bakıda 41 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

8 Baxış

Paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Turanmedia.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1998-ci il təvəllüdlü Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.