Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOSİAL ŞƏBƏKƏLƏR EVLİ QADINLAR ÜÇÜN DEYİL, BEKARLAR ÜÇÜNDÜR!

83 Baxış

Artıq dərəcədə xahiş edirəm ki, heç kim yalnış anlamasın! Lakin günümüzün ən aktual və həssas məsələlərindən birinə toxunmağı özümə həm insanlıq borcu və həm də ki, Azərbaycan milli mentalitetinin bir parçası hesab edirəm.

Söhbət evli qadınların sosial şəbəkələrdən istifadə etməsindən gedir. Bu, birmənalı olaraq düzgün deyil. Düzdür, indi bəziləri bəhanə gətirəcəklər ki, güya iş ilə əlaqədar olaraq sosial şəbəkələrdən istifadə etmək məcburiyyətində qalırlar.

Buna baxmayaraq, yenə də sosial şəbəkələrdə müxtəlif formada şəkillər paylaşmaq, kişiləri cəlb etmək evli qadın üçün, onun bədbəxt əri üçün yalnız və yalnız utanc gətirir.

Ancaq heç də fərq etmir: ya iş ilə əlaqədar olsun, yaxud s. Bu dəqiqə bir çox evli qadın Facebook, Odnoklassniki, Instagram, Tik-Tok, Twitter və s. lazımsız sosial şəbəkələrdən istifadə edir.

Ümumiyyətlə, evli qadın özünü ərinə, uşaqlarına və ev işlərinə həsr etməlidir! Eynilə 200-300 il bundan əvvəl yaşamış nənələrimiz kimi.

Baxırsan ki, yenicə evlənib, lakin Instagram-da, yaxud Twitter-də şəkillər paylaşır. Bilmirsən ki, axı bunlar bununla nə demək istəyirlər?! Heç 2-3 ay keçmir ki, artıq boşanırlar. Çünki, boşanmaların, ailədaxili mübahisələrin ölüm həddinə gətirilib çıxarılmasına səbəb olan ən başlıca amillər elə məhz sırf bu cür müstəqil addımlardan qaynaqlanır.

Xalq dili ilə desək, evli qızın və ya qadının sosial şəbəkələrdə, mobil telefonda nə kimi bir işi ola bilər?

İndiki qadınların bir çoxu telefondan ayrılıb ərinə bir stəkan çay vermir, yemək hazırlamır. Necə oldu ki, biz bu yerlərə qədər gəlib çıxdıq? Məgər, səfeh Avropa mədəniyyəti bu qədərmi bizim milli mentaliteti üstələdi?! Belə baxsaq, bəli, yadelli düşüncə, xarici adətlər bizim Azərbaycan mentalitetini, mədəniyyətini çoxdandan üstələyib. Əgər bu günləri bir qız, ya qadın öz ərinə çay-çörək verməyə canı çıxırsa, sosial şəbəkələrdə, yaxud mobil telefonda özünə mazaqlaşmaq üçün oğlan axtarırsa, daha nə gözləmək olar?! Əlbəttə ki, yalnız və yalnız biabırçılıq və bədbəxt hadisələr.

Ən sonda isə bədbəxt olan günahsız körpələr olur, daha doğrusu, yenicə doğulmuş uşaqlar.

Gərək, kişi də arvadının üstündə möhkəm dayanmalıdır ki, arvad axmaqlıq etməsin. Fikir vermisinizsə, bu günləri subay qızlardan daha çox bəzi evli qızlar oğlan ovuna çıxırlar. Təbii ki, təmiz qızlardan uzaq olsun, mən bunu ümumilikdə aid etmirəm.

Sadəcə olaraq, gördüyüm, şahid olduğum və eşitdiyim murdar hadisələr məni bu məqaləni qələmə almağa sövq etdi.

Allah bütün saf, təmiz, qeyrətli kişiləri və oğlanları qadın, qız görkəmində olan şeytanların fitnəsindən qorusun! Amin!

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678