Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev və Azərbaycanda inklüziv təhsil”

571 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər 14 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş“ Heydər Əliyev və Azərbaycanda inklüziv təhsil”mövzusunda kofrans keçirilib. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Mingəçevir təhsil sektorunun nümayəndəsi Qorxmaz Abbaszadə, məktəbin direktoru Ceyhun Atayev və şagird,müəllim kollektivi iştirak edib. Tədbir ilk öncə məktəbin akt zalında düzənlənmiş sərgidən başlayıb. Burada şagirdlərin əl işlərinə, rəsm əsərlərinə baxış keçirilib. Daha sonra Azərbaycan xalqının dahi oğlu,qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin yubleyinə həsr olunmuş tədbirin bədii hissəsinə start verilib. Əvvəlcə ulu öndər və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Ceyhun Atayev çıxış edərək qeyd edib ki,məktəbdə keçirilən bütün tədbirlər ulu öndərin 100 illik yubleyinə həsr edilib.
Direktor, ulu öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz qüdrətli şəxsiyyətin zəkasının işığında qədəm qoyub. Onun sözlərinə görə, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Daha sonra çıxış edən qonaqlar ulu öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. Onlar bildiriblər ki, ulu öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı ulu öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də ulu öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir- deyə bildiriblər.
Konfransda məktəbin psixoloqu, Mingəçevir təhsil sektorunun nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi –pedaqoji komissiyanın sədri Günel Abdullayeva “H.Əliyev və inklüziv təhsil”mövzusunda geniş məruzə edib: “Təhsil millətin gələcəyidir” – Milli Liderimiz H.Əliyev bu fikirlərlə yalnız müəllimi, məktəblini, tələbəni nəzərdə tutmurdu. O, eyni zamanda yoldaşlarından, həmyaşıdlarından fərqlənən, səhhəti ilə əlaqədar olaraq sərbəst hərəkət etmək,özünü idarə etmək qabiliyyəti olmayan,həyətdə oynayan, hər səhər çiynində çanta məktəbə gedən yaşıdlarının arxasınca həsrətlə baxan sağlamlıq imkanı məhdud olan uşaqları da nəzərdə tuturdu”.
Psixoloq onu da qeyd edib ki, Inkluziv təhsilin yaradılması üçün nəzərdə tutulmuş ilk pilot şəhərlərdən biri də Mingəçevir şəhəri olmuşdur:” Belə ki, Mingəçevir şəhər 6 saylı tam orta məktəb və THL-də, 10- və 16 saylı uşaq körpələr evində bu pilot layihə hələ də davam edir. Bu günə qədər şəhərimizdə fəaliyyət göstərən inkluziv təhsil sinifləri öz bəhrəsini verməkdə davam edir. Inkluziv təhsilin əsas mahiyyəti olan sağlamlıq imkanı məhdud olan uşaqların sağlam uşaqlarla bir sinifdə oxuması, bir dərs masasını paylaşması, tənəffüs zamanı yoldaşlarının o uşaqlara qayğı və diqqətlə yanaşması əsil vətəndaş, qayğıkeş şəxsiyyət yetişdirməkdir.Bu gün artıq cəmiyyətdə bu kimi xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmağı,ona necə kömək etməyi öyrənən şagirdlərimiz inkluziv təhsilin müsbət nəticələrinin bir tərəfidir deyə bilərik”.
Müəllimənin mövzu ilə əlaqədar video-carxı da nümayiş olunub.
Konfransda “Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti qələbəmizin təməlidir”mövzusunda məktəbin müəllimi Afaq Mustafayeva çıxış etmişdir.
Çıxışlardan sonra tədbirin ədəbi hissəsinə start verilib.

Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda fəal şagirdlər sertifikatlarla təltif olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678