Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək!

155 Baxış

“Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək!

Son zamanlar örta məktəblərdə şagirdlər arasında xoşagəlməz hadisələrlə üzləşirik. Mingəçevir şəhər Polis şöbəsi bu kimi halların qarşısını almaq məqsədi ilə şəhərin ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirir. Bu gün daha bir maarifləndirici tədbir “Gələcəyimizi birlikdə düşünək,Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirləri şəhərin 4 saylı məktəbində keçirilib.

Turanmedia.az xəbər verir ki, şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə polis şöbəsinin əməkdaşları,məktəbin rəhbərliyi,şagird müəllim kollektivi və şəhər təhsil sektorunun müdiri iştirak edib.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqləlik sükutla yad olunub.

Məktəbin direktoru Azər Qazıyev məktəb haqqında məlumat verib və tədbirin mahiyyəti barədə şagirdlərə məlumat verib. Polis əməkdaşlarına bu kimi tədbirlərin məktəblərdə keçirilməsinə görə minnətdarlıq bildirib.

Çıxış edən ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev bildirib ki, məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaq məqsədi daşıyır. Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir: Polis rəisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu və respublikamızda, o cümlədən Mingəçevir şəhərində də narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Rəis gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumat verib.Eyni zamanda video çarx vasitəsi ilə şagirdlər yaxından tanış olublar.

O, həmçinin qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün birgə mübarizə aparmalı, maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Rəis narkomaniyaya qarşı mübarizənin daha faydalı olması üçün gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında valideynlərin, müəllimlərin, eləcə də məktəb psixoloqlarının yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.

Tədbirdə polis əməkdaşları “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”, “Ümumi cinayət məcəllələri ilə bağlı” mövzularda çıxış ediblər.

Sonda təhsil sektorunun müdiri Sevinc Həsənova çıxışında gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzi formalaşdırmaq üçün orta məktəblərdə daim bu mövzularda tədbirlər həyata keçirdiklərini bildirib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678