Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər

164 Baxış

Qarabağ müharibəsi əlili evində ziyarət olunub.

Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçərək veteran adı qazanıb. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının ümummilli lideri onları yüksək qiymətləndirərək deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.

Mingəçevir şəhərində Qarabağ müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri hər zaman diqqət mərkəzində saxlanılır.

Turanmedia.az xəbər verir ki, bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın nümayəndələri, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev birinci Qarabag müharibəsinin iştirakçısı olmuş,ikinci qrup əlil Ayaz Salahbanovu evində ziyarət ediblər. Qeyd edək ki,Qarabag qazısı bu günlərdə ürək əməliyyatı olunub. Onu ziyarət etmək üçün icra başçısı veteranla görüşüb,onu narahat edən digər problemləri ilə maraqlanıb,aidiyyəti qurumlara tapşırıqlar verib və məsələnin tezliklə həll olunmasını bildirib.

Qarabag qazısı ona göstərilən diqqət və qayğıya görə öncə ölkə prezidentinə,icra başçısına və nümayəndələrinə təşəkkürünü bildirib.

Qaziyə icra hakimiyyəti tərəfindən və ərzaq yardımı verilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678