Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azay Möhnətov: Yaşın mübarək, işıqlı adam və ya nəcib bir ömrün, əsl insan olmaq nümunəsi

87 Baxış

Azay Möhnətov: Yaşın Mübarək, İşıqlı Adam və ya Nəcib bir Ömrün, Əsl İnsan olmaq Nümunəsi

Nəcib və layiqli insan ömrü yaşamaq,onu yaxşı,doğru-düzgün əməllərlə zinətləndirmək hər kəsin payına düşməyən incə məqamlardandır.

Çünki əsl insan olmaq, bu adın yükünü çiyinlərdə daşımaq, onu ucalarda tutmaq üçün bir ömrün zaman məsafəsini gərək əzmlə, vüqarla, dik, əyilmədən, büdrəmədən,sınmadan, dəyanət və mətinliklə keçib gedə biləsən.

Bu səciyyəvi xüsusiyyətlər, ancaq daxili aləmi zəngin, qəlbi saf və təmiz,ruhu göylərə söykənik, elinə, obasına qırılmaz tellərlə bağlı, əməlləri hər zaman doğru olan insanlara mənsub olan keyfiyyətlərdir.

Həmin insanlar yaşadıqları mənalı ömrün hər anında ətrafdakılara əsl nümunə olmağı bacaran kəslərdir.

Bu əməlləri ilə də onlar hər zaman yadda qalan, unudulmayan, seviləndir.

Bu gün həmin insanlardan biri,- ləyaqət və qüruru, səxavət və səmimiliyi, comərdlik və möhkəm iradəsi, xalqına, vətəninə, dövlətinə sədaqət nümunəsi olan Azay Möhnətovun Doğum Günüdür(!) Ömrünün növbəti baharını yaşayan mərd, alicənab, nəcib, comərd, böyük ürək sahibi, xeyirxah insan, ruhu saf, əməli düz, qurucu adam, mənəviyyatı hallalığla yoğrulan bir zat,- növbəti həyat yolunun yol yolçuluğuna çıxır; yenə əvvəlki şövqü, əzmi, iradəsi,dönməzliyi, şücaəti ,nəcib addımları ilə(!)

Yaşın Mübarək,- Böyük, İşıqlı, Nəcib və Əziz İnsan(!)

Hörmət və ehtiramla,hər zamanki kimi bütün təbriklərə qoşulur, Sizə həyatınızın bundan sonrakı ləyaqətli mərhələrində sağlam ömür, quruculuq təşnəsi,əzm,dözüm, möhkəm iradə, daim polad ürək sahibi olmağınızı arzulayıram(!)

 

Ərtoğrul Mehdizadə,

gənc jurnalist


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678