Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa prezidenti Emmanuel Makron ABŞ hadisələri ilə bağlı susqunluğunu pozub

141 Baxış

Fransa prezidenti Emmanuel Makron ABŞ hadisələri ilə bağlı fikir bildirib. 

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, dövlət başçısı baş verənlərlə bağlı özünün “Twitter” hesabında şərh yazıb.

“Yanvarın altısında ABŞ Konqresində, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gələn Baydenin prezidentliyinin qeydə alınacağı iclas zamanı bir qadın öldürüldü və ABŞ demokratiyasının sekulyar abidəsi olan Konqres binasına hücum oldu. Dünyanın ən qədim demokratiyalarının birində vəzifəsini təhvil verəcək dövlət başçısının tərəfdarlarının qanuni seçimin nəticələrinə silahlarla meydan oxuması, ümumdünya demokratiya ideyasına xələl gətirir. Bu gün Vaşinqtonda baş verənlər ABŞ-ı əks etdirmir”, – deyə Fransanın dövlət başçısı vurğulayıb.

ABŞ və Fransanın 18-ci əsrdən bəri azadlıq və demokratiya paktı ilə müttəfiq olduqlarını xatırladan Makron, ölkəsinin hər zaman ABŞ xalqının müstəqilliyinə tərəfdar olduğunu bildirib.

Qeyd edək ki, Fransa prezidenti Kapitolidə baş verənlərlə bağlı susqunluğuna görə, ölkəsinin siyasətçiləri tərəfindən kəskin tənqid olunmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678