Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azay Möhnətov: Nəcib və işgüzar insan yaxud uğur formulunun yaradıcısı olan əsl azərbaycanlı

64 Baxış

Azay Möhnətov: Nəcib və işgüzar insan yaxud uğur formulunun yaradıcısı olan əsl azərbaycanlı

Bu gün ölkə iqtisadiyyatının inkişafında dövlət sektoru ilə paralel, həmçinin qeyri- neft sektoruna yaradılan olduqca münbir şərait, sahibkarlıqla məşğul olan yerli iş adamlarına stimul verici amillərdən, uğur qazanmaq üçün motivasiya yaradan müsbət tendensiyalardandır.

 

Bu üzdən də, son illər respublikada əsl sahibkarlıq ənənələrinin formalaşması və milli məzmun səciyyəsi daşıması, ölkədə inkişaf edən biznes mühitinin getdigcə daha da artan dinamik inkişaf xətti ilə vüsət götürməsinə təkan verən amillərdəndir.

 

Bu yazımzda özəl sektorun inkişafında, əsl biznes mühitinin formalaşmasında böyük və əvəzsiz xidmətləri olan, ölkədə sahibkarlıq ənənələrinin ilk təməl daşını qoyanlardan biri,- tanınmış iş adamı, xeyriyyəçi əməlləri ilə yadda qalan, uğur formulunun yaradıcısı, nüfuzlu ictimai xadim, “Uğur97 “ şirkətinin prezidenti Azay Möhnətov və onun gördüyü işlər haqqında bir neçə kəlmə xoş söyləməyi özümüzə vətəndaşlıq biorcu bilirik.

 

Azay müəllim,”Uğur97 “ kompaniyası ilə parallel, həm də “Af Holdinq”Şirkətlər Qrupun, “AF Hotel & Aqua Park ” ın da Prezidenti kimi bu təsisatlara uğurla rəhbərlik edir.

 

O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.

 

Qeyd etdiyimiz kimi Azay Möhnətöv, Azərbaycanda özəl sektorun və sahibkarlığın ilk təməl daşını qoyan uğurlu iş adamlarındandır.

“Uğur-97” tikinti şirkətini də məhz o, 1997-ci ildə qurmuşdur.

 

Tikinti şirkəti fəaliyyətinin ilkin dövründə əsasən istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq isə, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulmaqla, doğurdan da adı kimi istədiyi uğurlara imza atmaqa başlayır.

Beləcə, qısa müddət ərzində “Uğur-97” şirkəti tərəfindən Bakıya gözəllik və füsunkarlıq gətirən “lüks” dərəcəli yaşayış binalarının tikintisinə start verilir.

İlk nəticələr çox uğurla alınır və şəhərin panoramasına, tarixiliyin avanqard üslubla vəhdətindən doğan bir möhtəşəmlik qatılır.

Şəhərin R. Behbudov küçəsindəki 9, 10, 16 və 18 mərtəbəl tikilmiş 3 ev və 2001-ci ildə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində ucaldılmış 19 mərtəbəli bina buna misaldır.

 

Planlaşdırılmış 19 mərtəbəli 3 evlərdən birininisə , Bakı Dövlət Sirkinin yaxınlığında tikilişi artıq başa çatmışdır. Bunlar əsasən divarları kərpiclə quraşdırılmış karkas evlərdir.

 

Karkas isə betondan tökülmədir. Evlər, ümumi sahəsi 150-dən 224 m2 kimi olan 3 və 4 otaqlı mənzillərdən ibarətdir. Bunlar paytaxtın ən yaxşı rayonlarında yerləşən, yüksək keyfiyyətə cavab verən seçmə evlərdəki mənzillərdən sayılır.

Şirkətin layihələrinin müvəffəqiyətinə səbəb, onların Hacı Murad Şuqayev kimi, Azərbaycanın əməkdar memarı adına layiq görulmuş müəlifindədir.

Bunu da xatırlamaq yerinə düşəndir ki, memarlıq sahəsində bir neçə beynəlxalq mükafat almış Hacı Murad Şuqayev, Moskvada keçirilmiş “Zodçestvo -2001” beynəlxalq festivalında 1-ci dərəcəli diploma layiq görulmuşdur.

 

Bu binalar məhz “Uğur-97” şirkətinə xas olaraq xüsusi tərzdə tikilib və bir-birini tamamlayaraq özünəməxsus, memarlıq xüsusiyyətlərinə malikdirlər.

 

“Uğur-97” şirkətinin yerinə yetirdiyi inşaat işləri yalnız ev tikilişini yox, həmdə bütövlukdə tam bir yaşayış kompleksini təşkil edir;beləki binalarda rahat yaşayış üçün tam şərait təşkil olunmuş, həmçinin layihədə ətraf sahələrin yaşıllışdırılması və abadlaşdırılması, elədəcə qarajlar, supermarket, cəmaşirxana və sair məişət xidmətləri, qabaqcadan nəzərdə tutulmuşdur.

 

Bu cür tikiliş dünya təcrübəsinə əsaslanaraq yerinə yetirilir. Misal üçün, R. Behbudov küçəsindəki yaşayış kompleksində, binaların birinin altında, uzunluğu 25 m olan örtülü su hovuzu, kişilər və qadınlar üçün trenajor zalları, masaj otaqları, sauna, bərbərxanaları, uşaqlar üçün nəzərdə tutulmuş hovuzu, restoranı, kafesi və s. olan “AQUA PARK” ailəvi əyləncə-sağlamlıq mərkəzi tikilmişdir.

 

“Uğur-97”-nin layihələri Bakının ümumi memarlıq planına tam uyğun olaraq inşa edilir. Material və layihələrin hamısı, layihə institutlarında və muvafiq dövlət orqanlarında ekspertizadan keçirilərək lazım olan sertifikat və lisenziyalarla təmin olunurlar. Binalar 9-ballıq zəlzələyə qarşı seysmik davamlılığa malikdirlər.

Onuda nəzərə almaq lazımdır ki, “Uğur-97” şirkətinin başqa yerli tikinti şirkətlərindən fərqləndirici cəhəti odur ki, burada yüzlərlə yerli mütəxəssislər çalışırlar, həmçinin tikiniti üçün yerli materiallardan istifadə olunur.

Şirkət iqtisadiyyatın neft sahəsində ən nəhəng vergiödəyicilərindən biridir. Bununla da şirkət yerli sahibkarlığın və milli iqtisadiyyatın inkişafına təkan verir.

Bunu da demək lazımdır ki, “Uğur-97” şirkəti, bu günə kimi fəal surətdə, xeyriyyəçilik və sponsorluqla da məşğul olur.

Hələ qarşıda daha böyük və möhtəşəm layihələrin gerçəkləşməsi nəzərdə tutulur. Reallaşdırılacaq layihələrin tərkibində,- uşaq bağçasının, məktəb və idman kompleksinin tikilməsi planlaşdırılır.

Bütün bunları “Uğur97 “Tikinti Şirkətinin gələcək uğurları üçün düşünülmüş növbəti platformaların davamı kimi də qiymətləndirmək lazımdır.

Əlbəttə ki, bütün qazanılan bu uğurların əsas memarı və ideya daşıyıcısı, milli sahibkarlığın ilk təşkilatçısı, respublikada işgüzar mühitin yaradıcılarından biri kimi tanınan Azay Möhnətovdur.

O, sadəcə sahibkar və iş adamı deyil, həm də biznes qurucusu və blicisidir. Zamanın işgüzarlıq üçün nəbzini tutmağı bacaran, onu mühitə və məkana uyğun yönləndirməyi bacaran beyin adamıdır.

Bu gün doğurdan da, bu tip xarakterik xüsusiyyətlərə malik, milli inkişaf konsepsiyasının ideya daşıyıcılarına böyük ehtiyac duyulandır.

Azay Möhnətov,- bu keyfiyyətləri daxili aləmində etalon kimi qoruyub saxlayan, onu yeri gəldigcə ölkəmizin milli maraqları üçün əzmlə sərf edən, milli ruhu və milli siması olan əsl Azərbaycanlıdır.

Azərbaycan, onun milli və dövlətçilik maraqları yolunda uğurlarınız daha bol olsun(!)

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678