Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2020-ci ildə Azərbaycanda ÜDM azalıb – STATİSTİKA

225 Baxış

2020-ci ildə Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən il ərzində Azərbaycanda 72 milyard 432,2 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu, 2019-cu ilə nisbətən 4,3 faiz azdır.

2020-ci il ərzində qeyri neft-qaz məhsullarının ümumi daxili məhsulda payı 70,1 faiz təşkil edib və dəyəri 50 milyard 792,5 milyon manat olub. Əvvəlki illə müqayisədə bu, 2,6 faiz azdır.

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul dəyəri isə 7 min 262,8 manat təşkil edib ki, bu isə 2019-cu illə müqayisədə 5 faiz az olub.

Ötən il ölkədə 37 milyard 058,9 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib. İstehsal 2019-cu illə müqayisədə 5 faiz azalıb. Bu məhsulların 31,5 faizini qeyri neft-qaz sənayesi təşkil edib ki, onların da dəyəri 11 milyard 681 milyon manat olub. Bu məhsulların istehsal həcmi 12,5 faiz artıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678