Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xudafərin” su anbarının istifadəyə veriləcəyi vaxt AÇIQLANDI

100 Baxış

“Gələn ildən “Xudafərin” və “Qız Qalası” su anbarlarının istifadəyə verilməsi planlaşdırılır”.

Bunu Oxu.Az-a açılamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, hər iki anbar tikilib, istifadəyə hazır vəziyyətdədir:

“Növbəti il anbarların su ilə doldurulması təmin olunacaq. Hər iki anbar Araz çayı üzərində və İranla sərhəddə yerləşdiyi üçün Azərbaycan və İran tərəfindən birlikdə istifadə olunacaq”.

O qeyd edib ki, hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678