Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Heydər Əliyev və Azərbaycan gəncliyi” intellektual yarış

113 Baxış

“Heydər Əliyev və Azərbaycan gəncliyi” intellektual yarış.

Turanmedia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” intellektual yarış keçirilib.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli,şəhid anası İranə Həsənova, YAP şəhər təşkilatının üzvü Ramiz Kərimov,qazi Pərviz Məmmədov çıxış edərək gənclərə uğurlar arzulayıblar. Yarış zamanı yarışa qatılan gənclər Azərbaycan tarixi, mədəniyyəti, elm və incəsənəti, Ümumilli Lider və onun gənclər siyasəti, ümumi dünyagörüşünü əhatə edən sualları cavablandırılıb.Gənclər qalib olmaq uğrunda mübarizə aparıblar.

Yarışda qalib gələn ilk 3 komanda kubok, sertifikat və dəyərli hədiyyələlə mükafatlandırılıb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678