Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni rəis generalı qanunsuz şəkildə vəzifəsindən azad edib? – Bu, Prezidentin səlahiyyətindədir

56 Baxış

Bu gün yerli mediada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavininin işdən çıxarıldığı ilə bağlı xəbər yayılıb.

Turanmedia.az xəbər verir ki, Unikal.az-ın məlumatına görə, xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb. Sayt yazır ki, hələlik onun yerinə təyinat yoxdur.

Bəs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi müavinini vəsifəsindən azad edə bilərmi? TNS bunun hüquqi tərəfini araşdırıb.

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.5-ci maddəsində yazılıb: “Xidmət rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Xidmət rəisinin müavinləri Xidmətin rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar”.

Göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərini vəsifəsindən azad etmək səlahiyyəti yoxdur. Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2023-cü il tarixli Fərmanı ilə Xidmətin Əsasnaməsinə dəyişiklik edilib, birinci müavin vəzifəsi ləğv olunub. Bu gün işdən çıxarılan şəxsin hansı vəzifəni daşıdığını deyə biləmərik. Xidmətin Əsasnaməsinə istinad edərək onu dəqiq deyə bilərik ki, xidmət rəisi öz əmri ilə müavinini vəzifəsindən kənarlaşdıra bilməz.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678