Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanın rəhbərliyi buna da səssiz qalarsa… ŞOK FAKT

69 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovu vaxtilə “müdrik lider” səviyyəsinə qaldıraraq təbliğ edənlər bu gün də “əziz rəhbərlərinə” xidmətlərini davam etdirirlər. Bəzən elə faktlara rast gəlirik ki, bunların etdiyi hərəkətlərdən daha çox, buna açıq-açığına göz yuman adamlara təəccüblənirik. Nə baş verdiyini, Vasif Talıbovun necə təbliğ olunduğunu, necə qorunduğunu öyrənmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun. Bu yazı ilə tanış olan hər kəs Naxçıvan Ali Məclisinin aparat rəhbəri Ülvi Hüseynlinin Vasif Talıbov sevgisinin bir daha şahidi olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi internet səhifəsinə baxanda adam lap şoka düşür.

Çox primitiv formada hazırlanmış bu saytda yalnız “Normativ hüquqi aktlar”, “Mətbuat xidməti” və “Müraciətlər” bölmələri vardır. Təəssüf ki, Ali Məclisin saytı Azərbaycanın ən ucqar rayonunun icra hakimiyyətinin də saytından çox zəif və bərbaddır. Bu necə Ali Məclisin saytıdır ki, bu internet informasiya ehtiyatında Ali Məclisin rəhbərliyi, komitələri, deputatları barədə heç bir məlumat yoxdur.

Cəmi 4 bölməsi olan bu saytdakı məlumatları yeniləmək ötən ilin dekabr ayından, yəni Vasif Talıbovun istefasından sonra Ali Məclis Aparatının “yadından” çıxıb.

Saytın “Xəbərlər” bölməsindəki sonuncu xəbərlər Vasif Talıbovun keçirdiyi tədbirlərdir. Yəni sayta daxil olarkən ilk qarşına çıxan Vasif Talıbovun fotoları olur. Digər tədbirləri bir kənara qoyuruq. Vasif Talıbovun istefası da daxil, sabiq sədrsiz Ali Məclisin 3 sessiyası keçirilib. Və bu sessiyalardan hazırlanmış xəbərlərin heç biri Ali Məclisin saytında yerləşdirilməyib.

Saytın “Normativ hüquqi aktlar” bölməsindəki məlumatlar da Vasif Talıbovun istefasından sonra yenilənməyib. Yəni bu bölmədə yerləşdirilən qanunlar, fərman və sərəncamlar Vasif Talıbovun imzaladığı sənədlərdir. Sual edirik: Vasif Talıbovdan sonra Naxçıvanda heç bir qanun qəbul edilməyib? Fərman və sərəncam imzalanmayıb?

Hesab edirik ki, bunun izahı yoxdur. Yəni heç bir bəhanə bu qüsuru ört-basdır edə bilməz. Bunun bircə izahı var: Vasif Talıbovun sevimli kadrları Ali Məclis kimi ali orqanın saytında “öz rəhbərlərindən” başqa heç kimi görmək istəmirlər. Bu da o deməkdir ki, onlar Ali Məclisin binasında Vasif Talıbovdan başqa rəhbər görməyi arzulamırdılar. Ancaq mövcud reallıqlarla da barışmaq məcburiyyətindədirlər.

Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli başda olmaqla, bu işə məsul əməkdaşlara bir təklifimiz var. Bu saytda çatışmayanları tamamlamaq lazımdır. Bilirsinizmi bu saytda nə çatışmır? “Müdrik lideriniz”, “əbədi rəhbəriniz” Vasif Talıbovun bioqrafiyası. Təklif edirik ki, saytda bir bölmə açın və Vasif Talıbovun 27 illik fəaliyyəti, Naxçıvanı necə qurub-yaratdığı (pardon, necə dağıtdığı yazmalıyıq, amma belə yazmağa sizin “vicdanınız” yol verməz) ilə bağlı məlumatları oxucuların diqqətinə çatdırın.

Bu faktlar Ali Məclisin bəzi Aparat işçilərinin Vasif Talıbova sevgisini və bu gün də ona xidmət etdiyini sübut edir. Naxçıvanın rəhbərliyi bunlara göz yummamalıdır. Bu, ən azından səhlənkarlıqdır, işə məsuliyyətsiz yanaşmadır. Rəhbərlik buna da səssiz qalarsa, deməli, Naxçıvanda danışılanlar doğrudur.

d92d7781-a57f-400f-9607-94129057a96e


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678