Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il Azərbaycan xaricidən nə qədər avtomobil alıb?

146 Baxış

2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xaricdən 47 min 841 ədəd avtomobil idxal edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, alınan avtomobillərin ümumi dəyəri 576 milyon 175,1 min dollar həcmində olub.

Ötən ilə nisbətən ölkə xaricidən avtomobil alışını 20,7 faiz və ya 7 min 853 ədəd artırıb.

Müvafiq dövr ərzində ölkəmiz xaricidən 223 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri alıb.

Bu avtomobillərin idxal dəyəri 25 milyon 85,7 min dollar təşkil edib. Lakin bu tip avtomobillərin idxal həcmində ötən ilə nisbətən azalma var. Bu il 2,2 dəfə və ya 271 ədəd az avtobus idxal edilib. Noyabrda cəmi 67 ədəd belə avtomobil idxal olunub.

İdxal edilən avtomobillərin əksəriyyəti minik avtomobilləridir. 2020-ci ilin 11 ayı ərzində 44 min 278 ədəd bu tipdə avtonəqliyyat vasitələri ölkəyə ixrac edilib və onların ümumi dəyəri 484 milyon 804 min dollar təşkil edib.

Ötən ilə nisbətən idxal həcmi 22,8 faiz və ya 8 min 217 ədəd çox olub. Təkcə noyabrda isə 4 min 425 ədəd minik avtomobili ölkəyə gətirilib. 

2019-cu ilə nisbətən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal həcmi 1,8 faiz və ya 58 ədəd az olub. Bu ilin yanvar-noyabr ayları ərzində 2 min 705 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 39 milyon 438,6 min dollar təşkil edib. Noyabr ayı ərzində ölkəyə 498 ədəd belə nəqliyyat vasitəsi ixrac edilib.

Eləcə də, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin alış sayında da azalma var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 20,3 faiz və ya 35 ədəd az olub. 2020-ci ilin ilk 11 ayı ərzindən 137 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri alınıb və onların ümumi idxal dəyəri 17 milyon 259,7 min dollar olub. Noyabr ayında isə cəmi 24 ədəd belə nəqliyyat vasitəsi idxal olunub.

Qeyd edək ki, 2019-cu ilin eyni dövründə Azərbaycan xaricidən ümumi 39 min 988 ədəd avtomobil idxal edilib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678