Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cinsi əlaqəyə görə boşanırlar, nəinki qayınana-qayınata – Psixoloq

61 Baxış

Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı yeniyetmə ilə bağlı xəbərlər son günlərin ən çox müzakirə olunan məsələləridən birinə çevilib.

Azyaşlının əvvəlcə itkin düşməsi, sonra ailə qurmaq məqsədilə 44 yaşlı 3 uşaq atası dul kişiylə qaçması ilə bağlı xəbərlər cəmiyyətdə birmənalı qarşılanmayıb.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, yeniyetməlik yaşında böhran probleminə yanaşma var:

“Bu zaman ilk olaraq valideynlər və müəllimlər yenidən təlimatlandırılmalı, maarifləndirilmə işləri aparılmalıdır. Çünki A nəslinin nümayəndəsi ilə işləmək tamamilə fərqli nəticə göstərir, Z nəsli ilə işləmək isə tam başqa. Bəzən 12-13 yaşlı uşaqla söhbət edəndə elə bilirsən ki, yaşıdınla danışırsan.

Əvvəllər insanlar hansısa bir qayınana-qayınatanı bəhanə edərək boşanmaq istəyirdilərsə, bu gün iki insan arasında yarana bilməyən cinsi əlaqəni rahatlıqla misal göstərirlər. Fərqlər buradan başlayır.

İnternet əsridir. Yeniyetmələr bəzən hər bir şeyin xırdalığına gedib özlərini qarşısındakı ilə mübarizə aparacaq qədər güclü və ağıllı hesab edirlər.

Məsələn, hansısa bir fikir səsləndirirsən, dərhal quqlda olan məlumatları göstərib qarşısındakının səhv olduğunu deyir. Düşünür ki, səni pərt etdi, əslində, onlara bir balaca psixoloji təkan olsa, öz düşüncələri, öz ağlı ilə daha önə doğru addımlar ata bilər. Əks halda az yaşında ərə gedərək xaotik həyat keçirib “20 yaşımda nələrə dözdüm”, “başım nə bəlalar çəkdi”, “döyülmələrə məruz qaldım” deyərək, qayınana-gəlin münasibətlərini və s. misal gətirərək 20 yaşında boşanmağa doğru addım atacaq.

Boşandıqda nə edəcək? Başqa bir xanımın əri ilə eşq yaşamağa başlayacaq. Deməli, biz azyaşlıların bu gün etdiyinin 6 il sonrasını görməyi bacarmalıyıq. Hətta ABŞ psixoloqu Stenil Xoll belə deyirdi ki, yeniyetmənin şəxsiyyətində mövcud olan nəyisə dəyişmək, tamamilə faydasızdır. Çünki onun fikrincə, təbiətin verdiyini dəyişmək olmaz. Əslində, bu, doğrudan da belədir”.

Psixoloqun fikrincə, bu gün 13 yaşında qızın evlənmək istəməsi əsla normal deyil:

“Bunu nə psixoloq, nə də ana kimi normal qarşılaya bilərəm. Çünki 13 yaşında insanın şüuru o dərəcədə inkişaf etməyib ki, ailə məsuliyyətini daşıya bilsin. Bu, sadəcə olaraq şüursuz atılan addımdır. Şüurlu addım atmaq üçün geniş mütaliə, elm, təhsil lazımdır.

Bu gün 13 yaşında qızın atdığı addım şüursuz addımdır. Psixologiyada buna “yönəliş” deyilir. Bu yönəliş onun kortəbii və yersiz olaraq biabır olmasına gətirib çıxarır. Zaman gələcək və o deyəcək ki, uşaq idim, başa düşmədim. bilmədim, məni başa salan olmadı”.

Psixoloq valideynlərə yeniyetmə yaşdakı uşaqları əsas fəaliyyətlə yanaşı, əlavə məşğuliyyətlərə həvəsləndirməyi tövsiyə edib:

“10-11 yaşda başlayan, 14-15 yaşa qədər olan vaxtı əhatə edən dövrdə yeniyetmələrin aparıcı fəaliyyəti həmyaşıdları ilə intim şəxsi ünsiyyət olur. Bu dövrdə yeniyetmələrdə təlim, ictimai təşkilat, idman, bədii ədəbiyyat, əmək fəaliyyəti və  ya onun üçün xüsusi yer tutacaq ictimai faydalı fəaliyyət növlərindən istifadə etməklə əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etməsi üçün meyillər oyatmaq lazımdır. Çünki bu zaman o öz “məni”ni qiymətləndirməyə və bacarıqlarını göstərməyə doğru addım ata bilir”.

Psixoloq əlavə edib ki, bu yaşlarda yeniyetmələr doğru mühakimə yeridə bilmədiyindən kortəbii qərarlar verə bilər. Onun sözlərinə görə, valideynlər bu məqamda övladlarına həssas yanaşmalı, hətta professional yardıma üz tutmalıdırlar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678