Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetində (MDU) 28 may Müstəqillik Gününə həsr olunan elmi konfrans keçirildi.

110 Baxış

Əvvəlcə, ümummilli liderin və qəhrəman şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Turanmedia.az xəbər verir ki, Heydər Əliyev İli” çərçivəsində keçirilən konfrans “Heydər Əliyev və müstəqillik tariximizin şanlı və parlaq səhifəsi: 28 may” mövzusuna həsr edilib.

Elmi konfransda Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximiz üçün əhəmiyyətindən, müasir Azərbaycanın memarı olan Heydər Əliyevin müstəqilliyimizi əbədi etməsindən, 44 günlük Vətən müharibəsindən sonra müstəqil ölkənin vətəndaşı olmağın yaratdığı sonsuz fəxarətdən və Möhtərəm Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın qüdrətinin davamlı artmasından bəhs edilib. Konfransda çıxış edən rektor Şahin Bayramov məruzədə Azərbaycanda ictimai həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb, uzaqgörən və zəngin idarəçilik təcrübəsinə sahib dahi şəxsiyyətin müəllimlərə, alimlərə və gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. Qeyd edib ki, yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş yetişdirmək missiyamızı layiqincə reallaşdırmaq baxımından bu tipli tədbirlərin önəmini yüksək qiymətləndiririk.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov geniş məruzə ilə çıxış edib.

Daha sonra konfransda ulu öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonda MDU müəllimləri məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, MDU-da Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan çoxsaylı tədbirlər həyata keçirilir.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678