Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ Azərbaycandır” – Mahirə Nağıqızının sözlərinə bəstələnmiş mahnılardan ibarət möhtəşəm konsert

43 Baxış

Naxçıvan Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızının sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamlayıb.

NDU-nin Konservatoriyasının təqdim etdiyi konsert proqramında Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının da çıxışları olub.

Konsert proqramında ifa olunan “Azərbaycan”, “Vətən”, “Qarabağım güləcək”, “Qarabağ Azərbaycandır”, “Könlümdə biri var”, “Gözlərimin etibarı çox imiş”, “Dönüm başına dolanım”, “Gözəl”, “Yar” mahnıları tamaşaçıların zövqünü oxşayıb.

Qeyd edək ki, ansamblın bədii rəhbəri və konsertmeysteri Naxçıvan Musiqi Kollecinin müəllimi Sahil Qasımov olub.

Sonda şairə Mahirə Nağıqızı konsertin təşkilinə görə kollektivə təşəkkürünü bildirib.

Rektor dəyərli Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnıların ali təhsil ocağının səhnəsində məharətlə təqdim olunmasından razı qaldığını qeyd edib.

“İstedadlı xalqımızın qanı, canı musiqidir”, deyən Elbrus İsayev universitetin nəzdində fəaliyyət göstərən musiqi kollektivinin uğurlu ifalarını yüksək qiymətləndirib.

Sonda xatirə şəkli çəkdirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678