Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

45 Baxış

Reper Asya Əlizadə videolarında narkotik vasitələrin təbliğatını apardığı üçün Türkiyədə saxlanılıb.

Qonşu ölkənin Baş Prokurorluğu artıq müğənniyə qarşı istintaqa başlayıb.

Turanmedia.az axşam.az-a istinadən yerli narkotiklərlə mübarizə idarəsinin əməkdaşları Əlizadənin işini təhlil edərək belə qənaətə gəliblər ki, o, videolarında qanunsuz narkotik istifadəsini təşviq edir. Yoxlamanın nəticələrinə görə, müğənni evində saxlanılıb.

Əlizadə saxlanıldıqdan sonra məhkəməyə göndərilsə də, ifadə verdikdən sonra sərbəst buraxılıb. İndi müğənni xarici vətəndaş kimi cinayətin iştirakçısı olması əsası ilə Türkiyədən deportasiya edilir.

Qeyd edək ki, Asya Əlizadə Azərbaycanda anadan olsa da, yeddi yaşında ailəsi ilə birlikdə Rusiyaya köçüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678