Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

10 noyabr bəyanatı: Şoyqu ilə 4 saat gərgin danışıq oldu

32 Baxış

Ermənistanın həbsdə olan müdafiə naziri David Tonoyan 10 noyabr bəyanatının imzalanması ilə bağlı bəzi detalları açıb.

Turanmedia.az Globalinfo-ya istinadən xəbər verir ki, Tonoyan 9 noyabr gecəsi baş nazirlə məsləhətləşmələr apardığını bildirib. O, baş nazirin bundan sonra müdafiə naziri, XİN rəhbəri və digər nümayəndələrə Rusiyaya öz mövqelərini çatdırmasını istədiyini söyləyib.

Tonoyan Şoyqu ilə telefon danışığının 4 saat davam etdiyini və əsas müzakirə mövzusunun anklavlar olduğunu deyib. Keçmiş müdafiə naziri yalnız bundan sonra anklavların bəyanata daxil edilmədiyini və sənədin Paşinyana belə təqdim olunduğunu söyləyib.

O, hazırda anklavlarla bağlı aparılan danışıqların onun Şoyqu ilə 2020-ci ildə apardığı müzakirələrin nəticəsi olmadığını söyləyib. Tonoyan, həmçinin, digər detallar barədə İstintaq Komitəsində çıxış etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisinin sabiq müavini Tiqran Xaçatryan da anklavların (Qazaxın 7 və Naxçıvanın 1 kəndi) qaytarılmasının 10 noyabr bəyanatında əks olunduğunu, müzakirələrdən sonra onların bəyanatdan çıxarıldığını və bu məsələnin delimitasiya və demarkasiya prosesinə saxlanıldığını açıqlamışdı.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678