Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Jek” rəisi məhkəməyə verildi

34 Baxış

Səbail Rayon İcra Hakimiyyətinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Həsənov Elçin Alışan oğlu məhkəməyə verilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi E. Həsənovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

Məhkəmə hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, xəbərin dəqiqliyini yoxlamaq üçün Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi E. Həsənovla əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678