Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tələbəni qətlə yetirən ofisiant hökmdən narazıdır

35 Baxış

Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Kənan Osmanovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Turanmedia.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək iclas mayın 31-nə təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, K.Osmanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə 2021-ci il iyulun 4-də Mingəçevir şəhəri ərazisində yerləşən “Miraj” kafesinin yaxınlığında qeydə alınıb. Belə ki, həmin kafedə ofisiant işləyən 2004-cü il təvəllüdlü K.Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevə çoxsaylı bıçaqla qətlə yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

K.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırlatma: M.Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678